İmişli rayon sakinini elektrik cərəyanı vurub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. Çayxananın dam örtüyünü təmir edən İmişli şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Teyyub oğlu yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.