Şamaxı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, Şamaxı şəhərinin İmamlı küçəsindəki 42 saylı mənzildə yaşayan 1989-cu il təvəllüdlü İbrahimov Şaiq İsgəndər oğlu və həyat yoldaşı, 1989-cu il təvəllüdlü İbrahimova Kəmalə Taleh qızı dəm qazından zəhərlənib. Onlar təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyi nəticəsində hər iki şəxsin həyatı xilas olunub, hazırda müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov