Rusiya Qazaxıstanda yeni müdafiə raketinin sınaqlarını keçirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, raket Sarı-Şaqan poliqonundan buraxılıb.

Rusiya Müdafiə Nazirliyi sınaqdan uğurla keçdiyini açıqlayıb, lakin təfərrüatları açıqlamayıb.

Britaniya nəşri qeyd edir ki, Qazaxıstandakı poliqonda raket sınağı Rusiya prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin əməkdaşlıq haqqında yeni sənəd imzalamasından bir neçə gün sonra baş tutub.

Gülayə Mecid