"Türkiyə strateji mövqeyi, orijinal siyasətləri, regional və qlobal məsələlərdə prinsipial mövqeyi ilə dünyada məqsədyönlü saxta xəbərlərə ən çox məruz qalan ölkələrdən biridir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan Beynəlxalq Strateji Ünsiyyət Zirvəsində çıxışı zamanı deyib.
"İnformasiya çirklənməsi və dezinformasiya, yaşadığımız dövrün ən mühüm iki problemidir. Yalan, böhtan və təhrif olunmuş xəbərlər dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə saysız-hesabsız insanların həyatına mənfi təsir göstərir. Ön-arxasını araşdırmadan irəli sürülən ittihamlar bəzən düzəlməz ziyana səbəb olur", - Türkiyə lideri vurğulayıb.