Yunanıstanda italyan diplomata məxsus avtomobil yandırılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polislər hadisə yerindən içərisində yanar material olan butulka və kibritlərin olduğu, daha bir avtomobilə ziyan dəydiyi bildiriblər. 

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani "Twitter" səhifəsində diplomata qarşı edilən hücumu pisləyib.

Hadisəni İtaliyanın Afina səfirliyinin 1-ci katibi Susanna Schleinin maşınına qarşı olduğunu bildirən Tajani, "Dəstəyimi bildirmək üçün onunla telefonla danışdım" deyib.  

Tajani qeyd edib ki, bu gün Afinaya səfəri zamanı İtaliya səfirliyinə də baş çəkəcək.

Gülayə  Mecid