Burkina Fasoda 30 sentyabr çevrilişi ilə hakimiyyətə gələn prezident İbrahim Traore hökumətinə qarşı çevriliş cəhdi olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, Traore paytaxt Vaqaduquda vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və ruhanilərlə görüşdə ötən həftə hərbçilərdən bir qrup keçid hökumətini devirməyə cəhd etdiyini bildirib. 

Traore qeyd edib ki, çevriliş cəhdinin qarşısı “ətrafındakıların və vətəndaşların” köməyi ilə alınıb.

Təşəbbüsün arxasında kimin olduğunu bildiyini ifadə edən Traore, onları həbs etmək əvəzinə hələ də dialoqa üstünlük verdiyini vurğulayıb.

Seymur Əli