"Soros"un "Open Society Foundations - Ermənistan" fondu Açıq Cəmiyyət Fondları şəbəkəsinin bir hissəsi kimi fəaliyyətini dayandırır. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ictimai bəyanatda bildirilib.

"Təşkilatın transformasiyasının bu əsas mərhələsində Açıq Cəmiyyət Fondları - Ermənistan təşkilatın qlobal şəbəkəsindən ayrı, tam müstəqil bir fond kimi öz işini inkişaf etdirməyə üstünlük verdiyini bildirib. Beləliklə, Open Society Foundations - Ermənistan Açıq Cəmiyyət Fondları şəbəkəsinin bir hissəsi kimi fəaliyyətini dayandırır", - məlumatda deyilir. 

Qeyd olunub ki, 2023-cü ildə tamamilə yeni, müstəqil, yerli struktur yaradılacaq, onun fəaliyyət istiqamətləri və strategiyası haqqında əlavə məlumat veriləcək. Bu yeni struktur qlobal fonddan 2025-ci ilə qədər azalan maliyyə alacaq. 

Ağarza Elçinoğlu