“Türkiyə Avropa təhlükəsizliyinə inanılmaz böyük töhfə verir”.

"Unikal" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Avropanın cənubda sərhədləri Yunanıstandan yox, Türkiyədən başlayır:

“Daha geniş anlamda Rusiya, Ermənistan, Azərbaycan, hətta Qazaxıstan coğrafiyasının bir qismi də Avropadadır. Cənubda Avropanın və NATO-nun sərhədləri Türkiyə ilə başlayır. Yəni terrorla mübarizə baxımından Türkiyə ən vacib aktordur. Biz İŞİD-lə aktiv mübarizə aparan tək NATO müttəfiqiyik. 125 ölkədən gələn terrorçularla biz mübarizə aparmışıq. NATO hər zaman Türkiyənin rolunu təqdir edir. Ancaq Avropa İttifaqı üçün bunun eynisini demək olmaz”.