Avropa Komissiyası (AK) Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınmağı cinayət məsuliyyətinə cəlb etmək təklifini təsdiqləyib və belə bir pozuntuya görə “ümumi əsas cəza standartları”nın yaradılmasını təklif edib.

"Unikal" xəbər verir ki, bu  barədə Aİ-nin ali icraedici orqanının bəyanatında deyilir .

Bəyanata əsasən, Aİ-nin sanksiyalarını pozan şəxslər 5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu halda şirkətlər il ərzində ümumi qlobal dövriyyənin ən azı 5%-i həcmində cərimə ala bilərlər.

"Təklif edilən direktiv bütün üzv dövlətlərdə eyni səviyyədə cəzalar təyin edəcək, beləliklə, mövcud hüquqi boşluqları bağlayacaq və Aİ sanksiyalarının pozulmasının qarşısının alınması effektini artıracaq" - bəyanatda deyilir.

Avropa Komissiyası həmçinin Aİ sanksiyalarının pozulmasının ciddi cinayət olduğunu qeyd edib.

İndi bu təşəbbüs Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir .

Gültəkin Ələsgər