İtaliyanın Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

"Unikal" xəbər verir ki, qəza xilasetmə gəmisi miqrantları təxliyə etmək üçün qayığa yaxınlaşarkən baş verib. Miqrantlardan 40-ı xilas edilib, üç nəfərin itkin düşdüyü bildirilir.

Xilas olunanlar qaçqın düşərgəsinə çatdırılıb.