"Finlandiya NATO -ya daxil olarsa , nüvə zərbəsi zamanı hədəfə çevrilmək riski var".

"Unikal" xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov bildirib. 

Bu sözlərlə senator Finlandiya xarici işlər nazirinin Rusiyadan gələn nüvə təhlükələri ilə bağlı bəyanatını şərh edib. Daha əvvəl Pekka Haavisto bildirib ki, Finlandiyanı Şimali Atlantika Alyansına müraciət etməyə vadar edən əsas amil xüsusi əməliyyatın başlamasından sonra Rusiyadan gələn nüvə təhlükələri olub.

Senator əmindir ki, Haavistonun sözlərinin heç bir əsası yoxdur, çünki bitərəf qalan Finlandiya potensial nüvə münaqişəsindən kənarda qalıb.

"NATO-ya daxil olan kimi, nüvə münaqişəsi baş verərsə, o, hədəfə çevriləcək, ona görə də bu, tamamilə cəfəngiyyatdır", - Cabarov bildirib.

Senator təklif edib ki, bu yolla hakimiyyət əhali qarşısında özünü doğrultmağa çalışır.