MHP lideri Dövlət Baxçalının əmisi oğlu Əhməd Fəttahlıoğlu Qaziantepdə baş verən yol qəzasında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, qəza Qaziantep-Şanlıurfa avtomobil yolunda baş verib. Nəticədə 2 nəfər həyatını itirib.

İçərisində MHP sədri Dövlət Baxçalının əmisi oğlu və keçmiş MHP Həsənbəyli rayon sədri Əhməd Fəttahlıoğlunun da olduğu avtomobil eyni istiqamətdə gedən yük maşınına arxadan çırpılıb.Qəzada avtomobildə olan Ahmet Fettahlıoğlu və Fadime Zengin həyatını itirib, 5 nəfər yaralanıb. Qəzadan sonra yük maşını sürücüsü nəzarətə götürülüb.

Fettahlıoğlunun iki düşmən ailəni barışdırmaq üçün Şanlıurfaya getdiyi öyrənilib. 

Gültəkin Ələsgər