Tesla Çində satılan 400 000-dən çox avtomobili proqram xətalarına görə geri çağırıb.

"Unikal" xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çinə ixrac etdiyi 435 132 ədəd "Model 3" və "Model Y" elektrik avtomobilini arxa işıqların yanmamasına səbəb olan proqram səhvinə görə geri çağırıb.

Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi tərəfindən edilən açıqlamada, proqram təminatındakı səhvin avtomobillər ilk işə salındıqda arxa işıqların sönməsinə səbəb olduğu və bunun qaranlıq şəraitdə toqquşma riski yarada biləcəyi ifadə edilib.

Açıqlamada, şirkətin 27 dekabr 2020-ci il ilə 7 noyabr 2022-ci il tarixləri arasında istehsal edilən 142 min 277 Model 3 və 1 yanvar 2021-ci il tarixləri arasında istehsal edilən 292 min 855 Model Y-də səhvi düzəltmək üçün nəqliyyat vasitələrini geri çağıracağı və proqram təminatını yeniləyəcəyi qeyd edilib.