Fransa yığması Qətərdə keçirilən dünya çempionatının 1/8 final matçında Polşanı 3:1 hesabı ilə məğlub edib.

"Unikal" xəbər verir ki, görüş bazar günü Dohadakı "El-Tumama" stadionunda keçirilib.

Qaliblər Olivye Jiru (44-cü dəqiqə) və Kilian Mbappe (74, 90+1) ilə qol vurub. Polşa millisi Robert Levandovskini (90+8, penaltidən) qola imza atıb.

1/4 finalda fransızlar bazar günü daha sonra baş tutacaq İngiltərə və Seneqal matçının qalibi ilə oynayacaqlar.