"Qərblə Rusiya arasında yeni soyuq müharibə başlayıb  və bu, Ukraynada münaqişəyə gətirib çıxarıb".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib .

Onun sözlərinə görə, bu münaqişənin başqa yollarla, yəni “simmetrik və ya hibrid müharibə” formasında davam etməsi ehtimalı var.

O hesab edir ki, Ukrayna böhranı daha geniş geosiyasi mənzərə əsas tərəfləri bir araya gətirənə və “yeni qlobal razılaşmanın parametrlərini”, yəni “yeni təhlükəsizlik arxitekturasını” qurana qədər davam edə bilər.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərbin, eləcə də ATƏT -in ayrı-ayrılıqda hazırkı hərəkətlərini nəzərə alsaq, Rusiya ilə Qərb ölkələri arasında Avropa təhlükəsizliyi üzrə iş sahəsində köhnə münasibətlərin bərpası gözlənilmir.