ABŞ Prezidenti Co Bayden gələn həftə Afrika İttifaqının dünyanın ən böyük iqtisadiyyata malik ölkələrindən ibarət G20 qrupuna daimi üzv kimi qbəul edilməsinə dəstək elan edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Ağ Evin müşaviri Kudd Devermont qəzetə bildirib ki, Bayden bu barədə Vaşinqtonda keçiriləcək ABŞ-Afrika Liderləri Sammiti zamanı açıqlama verəcək.
"Afrikanın beynəlxalq təşkilatlarda və təşəbbüslərdə masa arxasında daimi yerlərə sahib olmasının vaxtıdır" dedi. Qlobal iqtisadiyyat, demokratiya və idarəetmə, iqlim dəyişikliyi, sağlamlıq və təhlükəsizliklə bağlı beynəlxalq söhbətlərdə Afrika səsinə ehtiyacımız var”, - deyə o qeyd edib.