Keçmiş Avropa Parlamentinin üzvü Belçikada 2022-ci il futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işi ilə bağlı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Qeyd olunur ki, yüksək rütbəli avropalı parlamentari Qətərdə keçirilən dünya çempionatı zamanı qanun pozuntularının araşdırıldığı cinayət işində təqsirləndirilən şəxsdir. Ümumilikdə hüquq-mühafizə orqanları bu iş üzrə 4 nəfəri həbs edib.
Nəşr yazır ki , keçmiş Avropa deputatı Belçikada 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işində saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov bir müddət əvvəl bildirib ki, Rusiyada son iki ildə korrupsiya cinayətlərindən müəyyən edilmiş zərər 100 milyard rubldan çox olub. Eyni zamanda, 2022-ci ildə bu, 37 milyard rublu ötüb. O, həmçinin qeyd edib ki, son illərdə ilk dəfə korrupsiya halları ilə həbs edilmiş əmlak və zəbt olunmuş qiymətli əşyaların dəyəri dəymiş ziyanın məbləğindən artıq olub.
Bir il əvvəl dəymiş ziyanın məbləği 63,9 milyard təşkil edib ki, bunun da 15,6 milyardı könüllü, 62,6 milyardı isə əmlakın üzərinə həbs qoyulması yolu ilə ödənilib. Krasnovun sözlərinə görə, korrupsiya cinayətlərindən dəymiş ziyanın ödənilməsi onun idarəsinin prioritet istiqamətlərindən biridir.
Gültəkin Ələsgər