Böyük Britaniya hakimiyyətinin İran İslam Respublikasındakı səfiri Saymon Şerklif bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, səfir Britaniyanın İranda daxili prosesləri, terror və iğtişaşlara dəstək verməsi və bir sıra İran vətəndaşlarına qarşı qeyri-qanuni sanksiyaların tətbiqi ilə bağlı müdaxilə xarakterli bəyanatlarının davam etməsindən sonra dəvət olunub.
Görüşdə Britaniya hakimiyyətinin İranın daxili işlərinə müdaxilə və ədəbsiz bəyanatlarının davam etdirməsi və bu ölkənin hökuməti və mediasının iğtişaşlara dəstəyi, eləcə də İran İslam Respublikası vətəndaşlarına qarşı əsassız və ikiüzlü Britaniya sanksiyalarının tətbiqi izah olunub.
Səfirə məlumat verilib ki, İran İslam Respublikası Britaniyanın sanksiyalarına cavab vermək üçün əks tədbirlər görmək hüququnu özündə saxlayır.
Londonun İranın Rusiyaya dron ixracı ilə bağlı heç bir sənəd təqdim edilmədən gündəmə gətirilən əsassız ittihamları qətiyyətlə rədd edilib.
Britaniya səfiri vəziyyəti ən qısa zamanda ölkəsinə çatdıracağını açıqlayıb.
Ağarza Elçinoğlu