ABŞ Rusiya prezidenti Vladimir Putinə yaxın zəngin iş adamı Vladimir Potaninə, onun həyat yoldaşına və yetkin uşaqlarına qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat dərc edib.
61 yaşlı Potanin Nornikel şirkətinin əksər səhmlərinə sahibdir. Nornikel dünyanın ən böyük palladium və təmizlənmiş nikel istehsalçısıdır.
ABŞ Dövlət Departamenti Rusiya Dəmir Yollarına, bir sıra yüksək rütbəli dövlət məmurlarına və onların ailə üzvlərinə də sanksiya tətbiq edib.
Həmin sanksiyalar adıçəkilən şəxslərə və şirkətlərə Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiklərinə görə tətbiq edilib.
Ağarza Elçinoğlu