Minskdə Rusiya və Belarus xarici işlər nazirləri Sergey Lavrov və Sergey Aleynikin görüşü başlayıb.
"Unikal" Rusiya XİN-in bəyanatına istinadən xəbər verir ki, bu, Lavrovun Belarusun yeni təyin olunmuş xarici işlər naziri ilə ilk danışıqlarıdır.
Lavrov Minskə Rusiya prezidentinin səfərindən bir neçə saat əvvəl gedib. Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinin bu gün, günün ikinci yarısında Belarusun paytaxtına gələcəyi gözlənilir. Bir sıra Belarus mənbələrinin məlumatına görə, Rusiya nümayəndə heyətinin tərkibində müdafiə naziri Sergey Şoyqu da olacaq.
Ağarza Elçinoğlu