Moskva birjasında bir dollar 70 rubl həddini keçib.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Amerika valyutası mayın 11-dən bəri ilk dəfə belə göstəriciyə çatıb. Hazırda bir dollar 70,04 rubl təşkil edir.
Rusiya valyutası Aİ-nin doqquzuncu sanksiyalar paketi, eləcə də G7 qrupu, Avropa İttifaqı, Avstraliya, Norveç və İsveçrə tərəfindən tətbiq edilən neftin qiymətinin tavanının qüvvəyə minməsi fonunda zəifləyir. Karbohidrogenlərin satışından əldə edilən ixrac gəlirlərinin azalması beynəlxalq ticarətdə profisitə təsir edir ki, bu da rublun məzənnəsini aşağı salır.
Ağarza Elçinoğlu