Yunanıstan Belarusdan aviasiya uçuşları üçün öz hava məkanını bağlayıb və ona uçuşları qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü Yunanıstan mediası məlumat yayıb .
Bununla bağlı Yunanıstan Mülki Aviasiya İdarəsinin sifarişinin fotosunu dərc edilib. Sənəddə deyilir ki, Yunanıstan hava daşıyıcıları və təyyarə kapitanları “gözlənilməz hallar zamanı təhlükəsiz istismarı təmin etmək üçün bu hava məkanından istifadə zəruri hesab edilmədiyi halda, Minskin (Belarus) uçuş məlumatı regionuna (FIR) uçmamalıdır”.
"Aİ-yə uçan xarici aviadaşıyıcılara Minsk FIR-dan (Belarus) qaçmaq tövsiyə olunur", - departamentdən bildiriblər. Əlavə məlumat üçün o, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) sd2021-02 (21 dekabr 2022-ci il saat 08:14-dən 21 mart 2023-cü il saat 23:59-a qədər etibarlıdır) Təhlükəsizlik Direktivinə istinad etməyi tövsiyə edir.
Departament həmçinin qeyd edib ki, Belarus aviadaşıyıcıları tərəfindən idarə olunan təyyarələrin eyni müddət ərzində “Yunanıstan Respublikasının ərazisinə enməsi, ondan havaya qalxması və ya onun üzərindən uçması qadağandır”. Fövqəladə hallar, humanitar və tibbi təyyarələr üçün istisna edilir.
Məlumata görə, Yunanıstanın Mülki Aviasiya İdarəsinin bu addımı Belarusun Ukraynadakı hərbi əməliyyatlarda mümkün iştirakı ilə bağlı artan narahatlıqla bağlıdır.
Gültəkin Ələsgər