Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulmasından sonra açılışı olub.
"Unikal" xəbər verir ki, açılışı mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, onun I müavini Əvəz Qocayev, Qura Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edib.
***
Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri başa çatıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, mayın 4-dən təmirə dayandırılan yol bu gün istifadəyə veriləcək.
Qeyd edək ki, təmir edilən yolda avtonəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əlavə 3 metrlik çiyin də yaradılıb. Həmçinin yol nişanları qoyulub və xətləmə işləri aparılıb.
Seymur Əli