"Phantom"un yeni təcəssümü olan Phantom II Seriya eksklüziv media tədbiri ilə "Rolls-Royce Motor Cars Baku" satış sərgi salonunda debüt edib. "Phantom" lüks dünyasının ən zirvəsindədir. O, brendin flaqmanı olmaqla "Rolls-Royce"un dizayn, mühəndislik və sənətkarlıq zirvəsidir.
"Unikal" xəbər verir ki, Rolls-Royce Motor Cars Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann:
""Phantom II" seriya ilə biz müştərilərimizin zövq və tələblərinin təkamülünü əks etdirən bəzi incə, lakin əhəmiyyətli dəyişikliklər əlavə etməklə, bu heyrətamiz lüks avtomobilinin həvəskarlarının sevdiyi hər şeyi diqqətlə qorumuşuq. Barmaqlığın üzərindəki parlayan işıqlar cilalanmış üfüqi xətt görünüşünü daha da artırdı. Bu, "Phantom"a yeni, müasir və inamlı görünüş bəxş edərək, onun sərbəst idarə olunmaq üçün yaradıldığını vurğulayır", - deyə şərh edib
Barmaqlığın dizaynında incə həndəsi dəyişikliklərlə RR monoqramı və “Spirit of Ecstasy” fiquru daha çox gözə çarpır. Barmaqlıqlar işıqlandırıldı və gündüz parlayan işıqlar lazerlə kəsilmiş ulduz klasteri ilə bəzədilib. Salonun tavanındakı “ulduzlu səmanı” əks etdirən yeni işıqlandırma dizaynı "Phantom"un qaranlıqda təsvirini daha da möhtəşəm edir. Avtomobilin profili üçbucaqlı kənarları olan 3D-frezeli paslanmayan polad təkərlər ilə yeni dizayn edilib. Onlar həm tam cilalanmış, həm də birləşdirilmiş şəkildə sifariş edilə bilər. "Phantom"u 1920-ci illərin "Rolls-Royce" avtomobillərinin estetikasını xatırladan nəfis yeni dizaynla da sifariş etmək olar. Təkərlər həm cilalanmış paslanmayan poladda, həm də yer üzərində uçmanın təsirini mükəmməl şəkildə çatdırmaq üçün qara rəngdə mövcuddur.
"Phantom"un dəbdəbəli interyeri çox dəyişməyib. Sükan çarxı bir qədər qalınlaşaraq, sahibi ilə avtomobili arasında emosional əlaqəni gücləndirib.
"Phantom" və "Phantom Extended" iki fərqli yanaşmanı təmsil edən fərqli xarakterə malikdir: "Phantom" ilk növbədə avtomobili özləri idarə etmək həvəskarlarının seçimidir, "Phantom Extended" isə arxa oturacaqdan yolu idarə etməyə üstünlük verənlər üçün nəzərdə tutulub - bu, avtomobil sürücü tərəfindən idarə olunmaq uçün mükəmməl avtomobildir.
Səkkizinci nəsil "Phantom" ideyaların həyata keçməsi üçün boş bir kətandır. Bespoke fərdiləşdirmə proqramının imkanları sayəsində avtomobil öz sahibinin zövqünün və xarakterinin əsl təcəssümünə çevrilə bilər.
Tədbirə ev sahibliyi edən "Improtex Motors" və "Rolls-Royce Motor Cars Baku" şirkətlərinin Baş Direktoru Bayram Yaqubov: “Markanın zirvə məhsulu kimi "Phantom" Azərbaycanda Rolls-Royce müştərilərinin elit təbəqəsini cəlb edir. Onlar, öz sahələrində müvəffəqiyyətli, qətiyyətli və tələbkar insanlardır. "Phantom" həmişə müştərinin istədiyi kimi olub; təkcə “dünyanın ən yaxşı avtomobili” deyil, həm də onlar üçün ən yaxşı avtomobildir", - deyə vurğulayıb.
Texniki göstəricilər
"Phantom II"ci seriya:
WLTP (qarışıq dövrə): CO2 emissiyaları: yanacaq sərfiyyatı: 17.7-18.2mpg / 15.5-16.0l/100km.
"Phantom Extended II"ci seriya:
WLTP (qarışıq dövrə): CO2 emissiyaları: yanacaq sərfiyyatı: 17,4-18,1 mpg / 15,6-16,2 l/100 km.