Xətai rayonu, Gəncə prospekti 41 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
"Unikal" xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, “Xətai Park” yaşayış kompleksinin həyətində köküstə quru vəziyyətdə olan 15 ədəd şam ağacının Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan “Xətai Park” MMC tərəfindən kəsildiyi müəyyən edilib.
Faktla bağlı MMC barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.