Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanov dindirilmək üçün Bakıya gətirilib.
"Unikal" xəbər verir ki, bu barədə naxçıvanlı jurnalist Heydər Oğuz paylaşım edib.
Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladıdır. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub. Hümbət Qəhrəmanov 5-6 il bundan əvvələ qədər Naxçıvanda bir idarədə adi mühasib vəzifəsində çalışıb. Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub. Hümbət Qəhərəmanov Naxçıvanda xərçəng biznesi ilə də məşğuldur. Onun Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında “Xərçəng” dəniz məhsulları müəssisəsi fəaliyyət göstərir. Hümbət Qəhrəmanov Naxçıvan şəhərində “Nataktari” adlı restoran açıb, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib.
Seymur Əli