Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün işçilərinə bir aylıq maaşları qədər pul mükafatı verib.
"Unikal" xəbər verir ki, bu barədə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Bildirilir ki, əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə AzMİU-nun bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı verilib.
Qeyd edək ki, İqtisad Universitetinin rektoru Ədalət Muradovun imzaladığı əmrlə isə, universitetin bütün əməkdaşlarına yeni il münasibətilə 200 manat məbləğində pul mükafatı təqdim edilib.