Səudiyyə Ərəbistanı onlarla insanı edam etməyə hazırlaşır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, adətən Yeni il və digər bayramlar zamanı ölüm hökmləri tətbiq edən Səudiyyə Ərəbistanı bu ildə ənənəyə sadiq qalıb.
Məlumatlara görə, ölkədə Yeni ilə qədər 90 nəfərin asılaraq və ya güllələnərək edam edilməsi planlaşdırılır.
Məsələ Britaniya siyasətində gündəm yardıb. Bir neçə britaniyalı deputat məsələ ilə bağlı dövlət katibi Ceyms Kleverliyə məktub göndərib. Deputatlar Ər-Riyadın diplomatik təzyiqdən xilas olmaq üçün xüsusi olaraq bu dövrü seçdiyini və çox narahat olduqlarını vurğulayıblar.
Səudiyyə Ərəbistanında kütləvi edamlar tez-tez beynəlxalq etirazlara səbəb olur. Şəriətlə idarə olunan ölkədə 2016-cı ildə aralarında uşaqların da olduğu 50-yə yaxın insanı edam edilib.
Dünyanın gözü Qətərdə keçirilən 2022 Dünya Çempionatına çevrilərkən Səudiyyə Ərəbistanının 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi ortaya çıxıb.
Seymur Əli