İranın Azərşəhr bölgəsindəki boya fabrikində güclü partlayış baş verib.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 65 nəfər yaralanıb.
Yaralılardan 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.
Xəsarət alanların sayının artacağı istisna edilmir.