Fransanın Türkiyədəki səfiri Herve Maqro bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, səfirin Nazirliyə çağırılmasının səbəbinin Fransada PKK/PYD/YPG dairələrinin Türkiyəyə qarşı başlatdığı qara təbliğat olduğu qeyd edilib.
Nazirlik səfirə bununla bağlı narazılığını bildirib. Məsələ ilə bağlı Türkiyənin Parisdəki səfirinə də müvafiq təlimat və tapşırıqlar verilib.