Türkiyə Suriya ilə sərhəddə terror təhlükəsi yaratdığı 30 kilometrlik boşluğu aradan qaldırmaq üçün yeni tədbirlər görəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun sədrliyi ilə keçirilən ölkə hökumətinin iclasından sonra bildirib.
“Suriya ərazisindən gələn terror təhlükəsini tamamilə aradan qaldırmaq üçün biz 30 kilometrlik təhlükəsizlik zonasının bağlanmasına yönəlmiş yeni tədbirlər görəcəyik”, o deyib.