Serbiya Kosovo ilə sərhəddəki qoşunlarını tam döyüş hazırlığı vəziyyətinə gətirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri Bratislav Hasiç mətbuata açıqlama verib.
O, "polis və digər təhlükəsizlik bölmələrinin tam hazırlıq vəziyyətinə gətirilməsini" və "onların əməliyyat planına" uyğun olaraq ordu baş qərargah rəisinin tabeliyinə verilməsini əmr edib.
Hasiç açıqlamasında Serbiya prezidenti Aleksandr Vuçiçin “Kosovoda serb xalqını qorumaq üçün bütün tədbirləri görmək” əmri ilə hərəkət etdiyini vurğulayıb.
Qeyd olunur ki, serb qoşunları bir müddətdir Kosovo ilə sərhəddə döyüş hazırlığı vəziyyətindədir. Rəsmilər deyirlər ki, Kosovo serbləri 2008-ci ildə müstəqillik elan edən regionda çoxluğu təşkil edən etnik albanlar tərəfindən təqib olunur.
Gülayə Mecid