Yaponiyada maliyyə vəsaitlərinin sui-istifadəsi və Birləşmə Kilsəsi kimi tanınan Ay təriqətinə mənsub olduğu üçün tənqid edilən Yenidənqurma naziri Akiba Keniya işdən çıxarılıb.
"Unikal" xəbər verir ki, nazir Akibanın taleyi milli mətbuatda onun ictimai seçki qanununu pozması, siyasi vəsaitlərdən sui-istifadə etməsi və Ay təriqəti ilə əlaqəsi olması iddialarından sonra qərarlaşıb.
Yapon nazir ona atılan bəzi ittihamları etiraf edib. O, rəhbərlik etdiyi partiyadaxili qrupların Ay təriqətinə bağlı təşkilatlara pul ödədiyini də bildirib.
Həm hakim Liberal Demokrat Partiyasının (LDP) həm də ana müxalifətdəki Konstitusiya Demokratik Partiyasının (CDP) reaksiyalarından sonra Akiba tutduğu vəzifədən uzaqlaşdırılıb.
Yaponiyanın baş naziri Kişida Fumio boş qalan yenidənqurma naziri vəzifəsinə əvvəllər bu vəzifəni icra edən LDP deputatı Vatanabe Xiromiçi təyin edib.
Seymur Əli