"Rusiya Yeni il ərəfəsində xüsusilə qanadlı raketlərdən istifadə etməklə genişmiqyaslı hücuma keçə bilər".
"Unikal" xəbər verir ki, bunu Ukraynanın energetika naziri Herman Haluşenko yerli KİV-ə müsahibəsində deyib.
O, "Ruslar enerji şəbəkəmizə hücumlarından əl çəkməyib. Yeni il isə enerji şəbəkəmizə zərər vurmağa çalışacaqları tarixlərdən biri ola bilər" - deyib.
Ukraynalıların Yeni ili problemsiz qarşılaya bilmələri üçün enerji infrastrukturunun mümkün qədər tez təmir olunduğunu vurğulayan Haluşenko bunun “Rusiyanın yeni hücumları olmadan mümkün olacağını”,- deyib.
Rusiya lideri Putin daha əvvəl Ukraynanın enerji infrastrukturuna hücum etdiyini açıqlamışdı.
Gülayə Mecid