Rusiyanın Kamçatka bölgəsində hərbi qulluqçu Ukraynadakı müharibədə döyüşməkdən imtina etdiyinə görə koloniyaya salınıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Aleksey B. 1 il 8 ay müddətinə cəzalandırılıb.
"Həmin şəxs hərbi hissə komandirinin əmrini yerinə yetirməkdən və Ukraynaya getməkdən imtina edib. Hərbçi Sakit Okean Donanması Məhkəməsinə apellyasiya şikayəti verib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu