Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edir.

"Unikal" xəbər verir ki, o, bu barədə Ermənistanın NEWS.am saytına açıqlamasında deyib. 

"Belə bəyanatları təxribat xarakterli hesab etmək olar. Onlar reallığa uyğun gəlmir.Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinə təqdim etməyib”, - Peskov bildirib.

Qeyd edək ki, A. Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.