Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai ölkədə baş verənlərə görə ABŞ-ın günahkar olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.
“Əfqanıstandakı müharibə bizim müharibəmiz deyildi. Mən Əfqanıstan kəndlərinə və evlərinə qarşı aparılan bu müharibədə ABŞ-ın tərəfdaşı olmamışam”, - deyə keçmiş dövlət başçısı bildirib.
Kərzainin sözlərinə görə, hərbi əməliyyatlar başlayan andan o, anlayıb ki, onlar terrorla mübarizə üçün deyil, Əfqanıstan xalqına qarşı aparılır.
Siyasətçi həmçinin hesab edir ki, onun varisi Əşrəf Qani ölkəni tərk etməsəydi , Əfqanıstanın dağılması baş verməzdi.
"Qaninin gedişi hər şeyin dağılması idi" dedi Kərzai qeyd edib.
Əvvəlki hesabatda Britaniyanın Əfqanıstana yardımının yalnız korrupsiyanı davam etdirdiyi iddia edilirdi. Müstəqil Yardım Komissiyası (ICAI) üsyanla mübarizə əməliyyatlarına yardımın ayrılması qərarlarının yanlış olduğunu bildirib.
Gültəkin