Hazırda Almaniya hakimiyyəti Rusiya ilə normal münasibətləri mümkün hesab etmir.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Aydın danışmalıyıq, bugünkü Rusiya ilə normal münasibətlər ola bilməz”, - deyə nazir Berlinin mövqeyini açıqlayıb.
O, həmçinin Almaniyanın Ukraynada münaqişə davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini diqqətə çatdırıb.
"Ukrayna münaqişə zamanı digər məsələlərlə yanaşı, Avropanın azadlığını da müdafiə edir, ona görə də Almaniya lazım olduğu qədər onun yanında olacaq. Bu, həm maliyyə, həm humanitar yardıma, həm də hərbi yardıma aiddir", - almaniyalı nazir vurğulayıb.