Rusiya Federasiyasının Moskva vilayətinin Podilsk adlanan ərazidə bir neçə yaşlı rus Hərbi Komissarlığı yandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalının məlumat yayıb.
Bildirilir ki, yanğın törədənlər Lenin prospektində hərbi komissarlığın binası yaxınlığında cinayət başında yaxalanıb. Hərbi Komissarlıqda alovun daha geniş yayılmasının qarşısı alınıb.
Əvvəlcə hərbi komissarın iki qadın tərəfindən yandırıldığı bildirilsə də, sonradan bunun evli cütlük - 70 yaşlı kişi və onun 76 yaşlı arvadı olduğu məlum olub. Onlar barəsində cinayət işi açılıb.
Gülayə Mecid