Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, İHR-nin internet saytında dərc edilən hesabatda həyatını itirən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.
Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.
Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.
Gülayə Mecid