BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi dekabrın 26-na Ukraynada 17 831 mülki itki qeydə alıb. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 6 884 nəfər ölüb və 10 947 insan isə yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə AHİK məlumat yayıb.
Ölənlərin və yaralananların əksəriyyətinin ağır artilleriya, reaktiv yaylım atəşi sistemləri, raketlər və bombardmanlar da daxil olmaqla geniş ərazini əhatə edən partlayıcı silahların istifadəsi nəticəsində baş verdiyi bildirilir.
AHİK ənənəvi olaraq faktiki rəqəmlərin daha yüksək olduğunu vurğulayır, çünki şiddətli hərbi əməliyyatların davam etdiyi yerlərdən məlumat almaq çətindir.
Gülayə Mecid