Rusiyanın Perm diyarının Kunqur şəhərində müəllim soyuqdan donaraq ölüb.
"Unikal" xəbər verir ki, məlumatı Regional İstintaq Komitəsi Rusiya KİV-lərinə təsdiqləyib.
Liseyin bədən tərbiyəsi müəllimi restoranda keçirilən korporativ məclisdən sonra taksiyə minərək evinə gedib, lakin naməlum səbəbdən sürücü onu şəhərdən bir qədər aralıda düşürüb. O, təyinat yerindən təxminən iki-üç kilometr uzaqda ölü tapılıb.
İdarə qadın ölümünün cinayət xarakterli olmadığını vurğulayıb. Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu