Rusiya xarici kompüter və noutbukların idxalına qadağa edəcək.
"Unikal" xəbər verir ki, "Kommersant" qəzetinin yazdığına görə, Rusiya Federasiyası Dell, HP, HPE, Acer, MSI və digər xarici istehsalçıların kompüter və noutbuklarının ölkəyə idxalına qadağa qoymağı planlaşdırır.
Bu təşəbbüsü Nazirlər Kabinetinə vətəndaşlar üçün 20 faizlik "cashback" proqramının köməyi ilə rus kompüterlərinə tələbatın stimullaşdırılmasını təklif edən Rusiyanın ICL şirkəti atıb.