Rusiyanın Çelyabinsk vilayətində sərxoş baş çavuş komandirini döyərək öldürüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Meduza" saytı məlumat verib.
Bildirilir ki, Misyaş stansiyasında hərbi eşelon qərargah maşınının kupesində səfərbər edilmiş baş çavuş komandirə hücum edib. Hadisə nəticəsində komandir aldığı xəsarətlərdən yerindəcə keçinib. Sərxoş kişi isə saxlanılıb. Onu 5 ildən 15 ilə qədər həbs gözləyir.
Gülayə Mecid