Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin sülh yolu ilə həlli ilə bağlı təşəbbüsünü reaksiya verib.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
"Hələ ki, Ukrayna üçün heç bir sülh planı yoxdur. Ukrayna üçün yeni regionların Rusiya Federasiyasına daxil olması ilə bugünkü reallıqları nəzərə almayan sülh planı ola bilməz. Reallıqları nəzərə almayan plan sülhpərvər olduğunu iddia edə bilməz”.
Dmitri Peskov həmçinin bildirib ki, Rusiya lideri Vladimir Putinin Rusiya neftinin qiymət tavanı altında ixracını qadağan edən fərmanı Rusiyanın suveren hüququdur. Kreml sözçüsünün sözlərinə görə, Rusiya Federasiyasından neftin tədarükünə qoyulan məhdudiyyət orada qiymət limiti müəyyən olunarsa, təkcə yeni deyil, həm də mövcud müqavilələrə şamil olunacaq.
Daha əvvəl bildirilmişdi ki, 2023-cü il fevralın 1-dən Rusiya neftinin qiymət tavanı altında tədarükü qadağan ediləcək.