Moskva Rusiya diplomatik missiyasının əməkdaşının Vilnüsdən qovulmasına cavab olaraq Litvanın Rusiyadakı səfirliyinin diplomatlarından birini persona non-qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
"Dekabrın 28-də Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Yurqita Cibulskiene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Dekabrın 1-də Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşının əsassız olaraq ölkədən çıxarılması ilə bağlı Litva tərəfinə kəskin etiraz edilib. Cavab olaraq, Litva səfirliyinin diplomatlarından biri persona non-qrata elan edilib, o, beş gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir”, - Rusiya XİN-dən bildiriblər.