Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna adına döyüşən gözəllik kraliçası Yevgeniya Prokopenko cəbhədə evlənib.
"Unikal" xəbər verir ki, 35 yaşlı Prokopenko mart ayında Rusiyaya qarşı döyüşmək üçün cəbhəyə yollanıb. Keçən həftə isə evlənib. Prokopenko sosial media hesabında ordu forması ilə ağ duvaq geyindiyi toyundan fotolar paylaşıb. Miss Ukrayna, "Cənnətim cəhənnəmdədir! Sevgim və dünyam!" mesajını yazıb.
Mülki həyatında öz hüquq firmasını da idarə edən Prokopenko orduya feldşer kimi qatılıb.“Mən rus dilində səlis danışıram, amma Putinin dilini bilmirəm”, - deyə ukraynalı əsgər Daily Star-a bildirib.
Tüfəngdən istifadə etməkdə də mahir olan Prokopenko, dostlarının və yoldaşlarının öldüyünü gördüyünü, lakin hələ də "cəhənnəmdə" gözəllik kraliçası kimi həyatının bir hissəsini saxlamağı bacardığını söyləyib.Paytaxt Kiyevdə anadan olan Prokopenko 2012-ci ildə Ukraynanın gözəllik kraliçası seçilib.
"Hansı səngərdə olmağımdan asılı olmayaraq, əsgər çantamda həmişə güzgülü makiyaj qabım və ətir var!" deyən gözəllik kraliçası köhnə həyatından ayrılmadığını da bildirib.
"Budur, mən cəbhə xəttində ilk tibbi yardımçıyam. Qırmızı zonada (döyüş meydanında) yaralıları xilas edirəm, ilkin tibbi yardım göstərirəm", - Prokopenko bildirib.
"Altı ay əvvəl kimsə mənə Ukrayna Silahlı Qüvvələrində olacağımı, bunkerlərdə və ya zirzəmilərdə yatacağımı, atəş altında yaralıları xilas edəcəyimi desəydi, mən buna heç vaxt inanmazdım", - deyə xilasetmə işləri ilə məşğul olan ukraya gözəli deyib.