Türkiyənin Van vilayətində həyata keçirilmiş əməliyyat zamanı PKK/YPG terror təşkilatının 5 üzvü tutulub.
"Unikal" “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu mətbuat konfransı zamanı Vandakı əməliyyatla bağlı çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, terrorçuların yaşadığı yerlərdə aparılan axtarış nəticəsində müxtəlif silah və sursatlar, əl qumbaraları və partlayıcı qurğular ələ keçirilib, bununla da növbəti terror aktının qarşısı alınıb.
Vanda təhlükəsizlik qüvvələrinin uzun müddətdir təqib etdiyi terrorçular təxribatlara hazırlaşıb və terror törətmək üçün əmri İranın Kələrəş şəhərindən alıblar.
Nazir əməliyyatın detalları barədə ətraflı məlumat verib.