ABŞ-nin “Exxon Mobil” korporasiyası Brüsselin Aİ-dəki enerji böhranı fonunda qalıq yanacaq tədarük edən şirkətlərin izafi mənfəətinə vergi tətbiq etməsi ilə əlaqədar Avropa İttifaqına qarşı iddia qaldırıb.
"Unikal" xəbər verir ki, iddianın “Exxon Mobil”in Almaniya və Niderland bölmələri tərəfindən Lüksemburqdakı Avropa Ümumi Yurisdiksiya Məhkəməsinə verildiyi vurğulanır.
Qeyd olunur ki, ABŞ korporasiyası Aİ Şurasının yeni vergi tətbiq etmək qərarının qanuniliyinə etiraz etməyə çalışır.