Litvada tətbiq edilən sanksiyalara görə hazırda Rusiya və Belarus şirkətlərinin təxminən 87 milyon avro vəsaiti dondurulub.
"Unikal" xəbər verir ki, Litvanın Daxili İşlər Nazirliyi Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin (SFIS) məlumatlarına istinadən xəbər verir.
Onların arasında Rusiya şirkətlərinin 77,88 milyon avrosu, Belarus şirkətlərinin 8,9 milyon avrosu dondurulub.
Dekabrın 20-nə olan məlumata görə, qurum 16 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib. Rusiyadan 9, Belarusdan isə 6 şirkət və bir fiziki şəxsin maliyyə vəsaiti dondurulub.